Almaniyada 1 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən insidentin ilkin təfərrüatları məlum olub.
APA-nın “Bild” qəzetinə istinadən verdiyi xəbərə görə, insident Roytlinqen şəhərinin avtovağzalında baş verib.
21 yaşlı suriyalı qaçqın aralarında yaranmış mübahisədən sonra 1 qadın və 2 kişini bıçaqlayıb. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib. Cinayətkar polis tərəfindən yaxalanıb.
***
Almaniyanın Roytlinqen şəhərində naməlum şəxs bıçaqla bir qrup insana hücum edib.
APA-nın məlumatına görə, bu barədə “Bild” qəzeti xəbər verib.
Hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Cinayətkar polis tərəfindən yaxalanıb. Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil.