Alimlər gündə iki fincan kofenin xərçəngin əmələ gəlməsinin qarşısını aldığını iddia edirlər.
Azərtac “Vista News” saytına istinadla xəbər verir ki, elm adamları kofenin insan orqanizminə təsirini araşdırıblar. Təqribən 5 min 200 insanın iştirak etdiyi araşdırmalar zamanı bəlli olub ki, gündə iki fincan kofe içməklə xərçəngin bəzi növlərinin əmələ gəlməsinin qarşısını almaq mümkündür. Belə ki, bu dozada kofenin bağırsaq xərçənginin qarşısını 27 faiz aldığı bildirilir. Bundan əlavə, içki prostat vəzinə də müsbət təsir göstərir, bu orqanda xərçəngin yaranma riskini müəyyən qədər azaldır.