İtaliyanın cənubunda 3 nəfər vulkanın kraterinə düşərək ölüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölənlər Turin şəhərindən olan bir ailənin 3 üzvüdür.
Məlumata görə, valideynlər qadağan edilmiş əraziyə düşən 11 yaşlı oğlunu xilas etmək istəyərkən həyatlarını itiriblər.