Aİ Şurası sammitin yekun sənədini qəbul edə bilmədi
10 mart 2017 05:29 (UTC +04:00)

Aİ Şurası sammitin yekun sənədini qəbul edə bilmədi

 

 

Avropa İttifaqı Şurası sammitin nəticələrinə dair ümumi yekun sənədi qəbul edə bilməyib, sadəcə sədrin rəyləri Aİ-nin 27 ölkəsi tərəfindən dəstəklənib. APA-nın xəbərinə görə, bunu Aİ Şurasının sədri Donald Tuskun rəsmi nümayəndəsi Preben Aamann bildirib.

 

Qeyd edək ki, Polşanın baş naziri Beata Şidlo bundan əvvəl Donald Tuskun Aİ Şurasının sədri postuna yenidən seçilməsinə etiraz olaraq, ölkəsinin sammitin yekun sənədini dəstəkləməyəcəyini bəyan etmişdi.  

 

“Aİ Şurasının yaz iclası başa çatıb. 27 nümayəndə heyətinin dəstəklədiyi  Aİ Şurasının rəyləri tezliklə dərc olunacaq”, - deyə Aamann bildirib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar