Avropa Komissiyası ABŞ-ın Google və Facebook kimi bir neçə iri İT korporasiyalarına 3 faizlik vergi tətbiq etmək niyyətindədir
APA-nın “Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, ilkin layihədə vergini dünya üzrə illik mədaxil məbləğinin 750 mln. avrodan çox, Aİ üzrə isə 50 mln. avrodan çox olan şirkətlərə tətbiq edilməsi təklif olunur.
Təklifin gələn həftə qəbul ediləcəyi gözlənilir. Daha sonra layihə Aİ ölkələri arasında və Avropa Parlamentində razılaşdırılacaq.
Yeni verginin Amazon, Apple, Facebook, Google, Uber, Airbnb və sair şirkətlərə tətbiq ediləcəyi gözlənilir.