ABŞ və Kuba liderləri arasında tarixi görüş
03 aprel 2015 21:14 (UTC +04:00)

ABŞ və Kuba liderləri arasında tarixi görüş

0

ABŞ prezidenti Barak Obama gələn həftə Panamada keçiriləcək “Amerika sammiti”  çərçivəsində Kuba lideri Raul Kastro ilə görüşəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobson bildirib.

 

“Onların arasında danışıq olacaq lakin onun hansı formatda olacağı barədə mənə məlumat yoxdur”, deyə  Ceykobson bildirib.

 

Onun sözlərinə görə, tədbirin gündəliyinə Panamanın prezidenti Xuan Karlos Varela cavabdehdir. Ceykobson ötən ilin dekabrın 17-də Barak Obama və  Raul Kastro arasında telefon danışığının baş tutduğunu xatırladıb. Məhz bundan sonra Vaşinqton və Havana münasibətləri normallaşdırmaq niyyətində olduqlarını elan ediblər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar