Misirdə “əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan qruplaşmanın 3 üzvü yaxalanıb.
Lent.az-ın SANA agentliyinə istinadən verdiyi məlumata görə, qruplaşma üzvlərinin Qahirədəki ABŞ və Fransa səfirliklərini partlatmağı planlaşdırdıqları və bu məqsədlə 10 kq partlayıcı maddə əldə etdikləri üzə çıxıb.
Terrorçu-kamikadze kimi partlayışa hazırlaşan qruplaşma üzvləri partlayıcı maddə yüklənmiş avtomobillərlə bu iki ölkənin səfirliklərinə hücum etməyi nəzərdə tutublarmış.