ABŞ Türkiyədə olan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sabah Türkiyədə Atatürkü Anma, İdman və Gənclik bayramı keçiriləcək. Bununla əlaqədar Türkiyənin bir çox şəhərlərində bayram şənlikləri keçiriləcək. İnsanlar toplu şəkildə yığılacaq.
ABŞ-ın Ankarada olan səfirliyi də həmin günü terror təşkilatları tərəfindən törədicək partlayışlar ehtimalına görə öz vətəndaşlarını tənbehliyib.