ABŞ və onun tərəfdaşları Suriyada uçuşsuz və təhlükəsiz zonaların yaradılması imkanını nəzərdən keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bildirib.
“Bu və digər məsələləri tərəfdaşlarımızla daim nəzərdən keçiririk”, - deyə Mettis Suriyada uçuşsuz zonaların yaradılmasına dair sualına cavabında bildirib.
Mettis qeyd edib ki, Suriyaya endirilən zərbə birdəfəlik olub.