ABŞ Senatı Rusiyanın kiberhücumlarını araşdıracaq
14 yanvar 2017 05:30 (UTC +04:00)

ABŞ Senatı Rusiyanın kiberhücumlarını araşdıracaq

ABŞ Senatının Kəşfiyyat üzrə Komitəsi Rusiyanın kiberhücumlarına dair araşdırmalara başlayır.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Senatın bəyanatında bildirilir.

 

Məlumata görə, Senat həmçinin Rusiyanın ABŞ-da hər-hansı siyasi kampaniya ilə bağlılığını yoxlamaq niyyətindədir. Senat Komitəsi adıçəkilən ehtimallarla bağlı Barak Obama və Donald Tramp administrasiyalarının rəsmilərini sorğu-sual edəcək.

 

Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ölkədəki seçkilərə müdaxilə etməsinə dair hesabat yayıblar.   Rusiya ittihamları əsassız adlandıraraq rədd edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar