ABŞ Senatı Maykl Pompeonun Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorluğuna namizədliyini təsdiqləyib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onun namizədliyi prezident Donald Tramp tərəfindən irəli sürülmüşdü.
54 yaşlı M.Pompeo 2011-ci ildən Kanzas ştatını ABŞ Nümayəndələr Palatasında təmsil edib.