ABŞ Meksika ilə sərhəddə divarı qrafikdən əvvəl inşa etməyə başlayacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu prezident Donald Tramp konqresdə çıxışı zamanı deyib.
“Biz yaxın zamanda cənub sərhədimiz boyunca böyük səddin inşasına başlayacağıq. Biz tikintiyə qrafikdən əvvəl başlayacağıq. Tikinti işləri başa çatdıqdan sonra sədd narkotiklər və cinayətkarlıqla mübarizədə ən səmərəli silah olacaq”, - deyə Tramp əlavə edib.
Tramp bundan əvvəl də səddin tikintisinə planlaşdırılmış müddətdən daha tez başlanacağını vəd etmişdi.