ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
26 sentyabr 2019 19:29 (UTC +04:00)

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

 
 
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. 
 
APA-nın TASS-a istinadən verdiyi xəbərinə görə, ABŞ administrasiyası Suriyada Rusiya Silahlı Qüvvələrinə yanacaq tədarükü ilə bağlı 3 fiziki şəxs, bir şirkət və 5 gəmiyə qarşı sanksiya tətbiq edib. 
 
Sanksiyaya məruz qalan “Maritime Assistance” şirkətinin əməkdaşları - İvan Stepanyan, İvan Okorokov və İlya Loqinovun adları “qara siyahı”ya salınıb.
 
Sanksiya tətbiq edilən gəmilər isə “Yaz”, Siq”, “Sudak”, “Passat” və OT-2077 olub.
 
Rəsmi Moskva ABŞ-ın sanksiyalarını yolverilməz hesab edir. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762
avatar

Oxşar yazılar