İrana qarşı sanksiya rejimini pozduğu üçün ABŞ «Moskva Bank»-ını 9,4 milyon dollar məbləğində cərimələyib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda ABŞ Maliyyə Nazirliyinin xarici hesablar üzərində nəzarət İdarəsi xəbər yayıb.
Rusiyanın maliyyə qurumu informasiyanı belə şərh edib: «2008-ci il yanvarın 9-dan 2009-cu il iyulun 13-dək bankın keçmiş rəhbərliyi və sanksiya rejiminə düşən, hazırda yasağı götürülmüş «Banke-Milli İran»-nın tapşırığı ilə törəmə maliyyə qurumu arasında bir sıra maliyyə əməliyyatı keçirilib».