
ABŞ Mərkəzi Komandanlığı uçuş aparatını İranın vurduğunu təsdiqlədi - BƏYANAT
ABŞ Mərkəzi Komandanlığı ABŞ-ın Dəniz Üzərində Geniş Müşahidə (BAMS-D) dronunun İranın raket sistemi ilə vurulduğunu təsdiq edir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Səfirlikdən qeyd olunub ki, ABŞ Mərkəzi Komandanlığının Sözçüsü Bill Ürbanın adından yayılan bəyanatda vurğulanır ki, hadisə iyunun 19-u saat təxminən 23:35 dronun Hörmüz körfəzi üzərində beynəlxalq hava məkanında uçduğu zaman baş verib.
“İran tərəfindən dronun İranın hava məkanında olmasına dair verdiyi hesabatlar düzgün deyil.
Baş verən hadisə beynəlxalq hava məkanında uçan ABŞ-ın hava müşahidə vasitəsinə xəbərdarlıq edilmədən gerçəkləşən hücumdur. Sözügedən BAMS-D dronu RQ-4A Global Hawk High-Altitude, Long, Endurance (HALE) pilotsuz hava vasitələri sisteminə aiddir. Bu dronlar okean və sahil ərazilərində real vaxt rejimində kəşfiyyat missiyalarını həyata keçirmək üçün istifadə olunur”,- bəyanatda vurğulanır.
Oxşar yazılar

İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20