ABŞ kəşfiyyatının kiberhücumlar təşkil etdiyi üzə çıxdı
31 avqust 2013 16:38 (UTC +04:00)

ABŞ kəşfiyyatının kiberhücumlar təşkil etdiyi üzə çıxdı

 

ABŞ-ın kəşfiyyat xidmətləri 2011-ci il ərzində digər ölkələrə qarşı 231 kiberhücum həyata keçirib.

 

Lent.az-ın verdiyi məlumata görə, “The Washington Post” qəzeti bunu məlumatları ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Sonudenin açıqladığı yeni məxfi sənədlərə istinadən yazıb.

 

Hücumların dörddə üç hissəsi Rusiya, İran, Çin və Şimali Koreyaya qarşı yönəlib. ABŞ xüsusi xidmət orqanlarının hədəfi bu ölkələrin nüvə proqramlarında istifadə olunan kompüterlər olub. Sənədlərə əsasən, ABŞ hökuməti bu məqsədlər üçün 652 milyon dollar maliyyə vəsaiti xərcləyib. 

Kiberhücumlarda amerikalıların məqsədi zərərli proqramları milyonlarla digər kompüterə yayıla biləcək on minlərlə kompüteri virusa yoluxdurmaqdan ibarət olub. Bu viruslar kəşfiyyat orqanlarına əleyhdarlarının şəbəkələrini sıradan çıxarmağa və ya onların işini zəiflətməyə imkan verib.

 

Açıqlanan kiberhücumlar seriyası bu vaxtadək ictimaiyyətə məlum olan kiberhücumların ən miqyaslısıdır. "The Washington Post” yazır ki, ABŞ kiberhücumları əvvəllər Vaşinqtonun şikayət etdiyi Çin hücumlarından o qədər də fərqlənmir. Yeganə fərqləndirici cəhət odur ki, Çin hakerləri nəhəng şirkətlər əleyhinə fəaliyyət göstərməklə maliyyə sənədlərinə çıxış əldə etməyə çalışıblar. Amerikalıların məqsədi isə Rusiya, İran, Çin və Şimali Koreya müdafiə qüvvələri olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527
avatar

Oxşar yazılar