ABŞ İrana qarşı sanksiyaları uzatdı
04 noyabr 2016 01:30 (UTC +04:00)

ABŞ İrana qarşı sanksiyaları uzatdı

ABŞ prezidenti Barak Obama 1979-cu ildən İrana qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadılmasına dair qərar verib.  

 

“İranla münasibətlərimiz hələlik normal həddə çatmayıb... Bu səbəbdən 1979-cu ilin noyabrın 14-də elan olunmuş sanksiyalar rejimi 2016-cı ilin noyabrın 14-dən sonra da davam etdirilməlidir. Bununla əlaqədar mən İrana qarşı sanksiyaların müddətini uzatmağa qərar verdim”, - deyə Obamanın məktubunda bildirilir.  

 

Bundan əvvəl yayılmış məlumatda bildirilmişdi ki, ABŞ Konqresinin Nümayəndələr Palatası noyabrın sonunda İrana qarşı sanksiyalar haqqında qanunun daha 10 il müddətinə uzadılması məsələsinə baxacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Oxşar yazılar