
ABŞ ən bahalı atom bombasını sınaqdan keçirdi
ABŞ nüvə sınağı keçirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sınaq Nevada poliqonunda baş tutub.
Sınağı keçirilən atom bombası ABŞ nüvə arsenalının ən bahalı silahıdır. Onun qiyməti 8 milyard dollardır. Həmçinin B61-12 bombası ABŞ-ın ən təhlükəli silahı hesab olunur.
Bu, Amerikanın yüksək dəqiqliyə malik ilk nüvə sınağıdır. F-16-dan atılan bombanın hədəfə dəyməsi peykdən idarə olunur. Hesablamaya görə, zərbənin xəta radiusu cəmi 30 metr təşkil edə bilər.
Bu silahı ABŞ NATO-nun Avropadakı bazalarında yerləşdirməyi planlaşdırır.
ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi üzrə İdarəsinin generalı bunu Rusiyanın nüvə potensialını təkmilləşdirməsinə qarşı atılan addım kimi qiymətləndirib.
Oxşar yazılar

Tramp və Putin arasında danışıqlar başladı - VİDEO
15 avqust 2025 , 23:39
Tramp və Putin danışıqların aparılacağı məkana eyni avtomobildə yollandı
15 avqust 2025 , 23:28Tramp və Putin görüşdü
15 avqust 2025 , 23:15
Putin Trampla görüş üçün Alyaskaya uçdu
15 avqust 2025 , 19:33
Cinçıxarma adı ilə qızı oteldə zorladılar
15 avqust 2025 , 17:41
44 yaşlı qadın xeyriyyə konteynerində sıxılıb öldü - ŞOK HADİSƏ
15 avqust 2025 , 16:43
Qəfil leysan onlarla insanı öldürdü
15 avqust 2025 , 13:18