ABŞ yenə Əfqanıstana qoşun göndərir
01 sentyabr 2017 04:55 (UTC +04:00)

ABŞ yenə Əfqanıstana qoşun göndərir

0

 

 

Pentaqon rəhbəri Ceyms Mettis Əfqanıstana əlavə qoşunların göndərilməsi haqqında fərman imzaladığını bildirib. Bu barədə APA “Reuters”ə istinadən xəbər verir.

 

“Bəli, mən fərmanlar imzalamışam, lakin bu son deyil. Başqa sözlərlə, mən qoşunların göndərilməsi haqqında fərmanlar imzalamışam və hazırda qoşunların növləri müəyyənləşdirilir”, - deyə Mettis bildirib.

 

Onun sözlərinə görə, əlavə kontingentin göndərilməsi əfqan ordusuna daha uğurlu mübarizə aparmaq imkanı yaradacaq.  

 

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Əfqanıstana əlavə 4 min əsgərin göndərilməsini nəzərdə tutan  fərman imzalayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar