ABŞ Donbasın bərpasını maliyyələşdirməyə hazırdır
11 iyul 2014 03:11 (UTC +04:00)

ABŞ Donbasın bərpasını maliyyələşdirməyə hazırdır

0

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ prezidentinin müavini Cozef Baydenlə telefonla danışıb. Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda dövlət başçısının saytında xəbər yayılıb.

 

Məlumata əsasən, onlar Donbasda sülh planının gerçəkləşməsi üçün beynəlxalq ictimaiyyətin dəstək verməsini müzakirə ediblər.

 

P.Poroşenko qeyd edib ki, Ukrayna hakimiyyətinin  terrorçulardan azad etdiyi şəhərlərdə bərpa işləri görülür. O, sakinlərin rahatlığının təmin edilməsinin başlıca vəzifələri olduğunu da vurğulayıb.

 

Cozef Bayden öz növbəsində bildirib ki, ABŞ Donbasın infrastrukturunu bərpa etməyə, özəlliklə onun maliyyələşdirilməsini nəzərdən keçirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 694

Oxşar yazılar