ABŞ-ın "SpaceX" şirkəti 2018-ci ilin sonunda Ay ətrafına bir həftəlik iki kosmik turist göndərməyi planlaşdırır.
Lent.az-ın “report”-a istinadən xəbərinə görə, səyahət sınaq uçuşları bu ilə planlaşdırılan ağır "Falcon Heavy" raket daşıyıcısının köməkliyi ilə "Dragon 2" gəmisi vasitəsilə həyata keçiriləcək.
"SpaceX" turistlərin adını açıqlamayıb. Ay səthinə enmə planlaşdırılmır. Turistlərin uçuşa görə vəsaitin əsas hissəsini ödədikləri bildirilir.