ABŞ ixtisaslaşmamış şəxsləri qəbul etmək əvəzinə miqrantların keyfiyyət meyarları əsasında seçilməsi prosedurunu tətbiq etməlidir.
APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı bildirib.
“Bu sistem tətbiq edilərsə, biz xeyli üstünlüklər əldə edəcəyik”, - deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, bu xeyli vəsaitin qənaət edilməsinə, məvaciblərin artırılmasına, o cümlədən miqrantların orta sinfin nümayəndəsi olmasına yardım edəcək”, - deyə Tramp qeyd edib.
Tramp real və müsbət immiqrasiya islahatının həyata keçirilməsinin mümkünlüyünə ümid etdiyini bildirib: “Bu islahatın icrası təhlükəsizliyin möhkəmləndirilməsinə və Amerika qanunlarına hörmətin bərpasına kömək edəcək”.