ABŞ administrasiyasında hesab edirlər ki, İŞİD terror qruplaşması Suriyada əsəb-iflic təsirli “zarin” qazına malik deyil, terrorçuların isə İdlibdəki kimyəvi silah istifadəsi ilə heç bir əlaqəsi yoxdur.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib.
“Rusiya tərəfi iddia edir ki, terrorçulara məxsus silah-sursat anbarlarına zərbələr endirilib. İŞİD-in və ya digər terrorçuların “zarin” qazına malik olması barədə bizdə heç bir məlumat yoxdur”, - deyə ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib.