ABŞ-la Əsəd diplomatı arasında viza qalmaqalı
11 iyul 2013 07:31 (UTC +04:00)

ABŞ-la Əsəd diplomatı arasında viza qalmaqalı

ABŞ Suriya diplomatına verdiyi vizanı ləğv edib.Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Dövlət Departamentinin təmsilçisi Cey Pskai açıqlama verib.

 

«Biz onun vizasını ləğv etdiyimizi təsdiqləyirik. Suriyadakı rejimin öz xalqına qarşı basqıları davam etdirdiyi üçün biz qərar gəlmişik ki, bu ölkə rəsmilərinə verilən vizaya məhdudiyyət qoyaq»-deyə, o, bildirib.

 

Bir müddət öncə ABŞ suriyalı diplomat Əli Dahmana viza verdiyi barədə məlumat yayılmışdı. O, Vaşinqtona uçmaq istəyəndə ABŞ onun vizasının ləğv edib. Vaşinqtonun Dalles hava limanında onu ABŞ buraxmayıblar.

 

ABŞ xarici işlər qurumunun təmsilçisi diplomatın yerləşdiyi yerlə bağlı məlumat verməkdən imtina edib. O, viza verilməsi və ləğvi səbəbinə də aydınlıq gətirməyib.

 

«Daily Beast» qəzetinin yazdığına görə, hazırda Suriyanın 4 diplomat Vaşinqtondadır, Dövlət Departamenti daha ikisinin akkerditasiyasına baxır. Suriyanın ABŞ-dakı səfiri İmad Mustafa 2012-ci ilin əvvəlindən işə çıxmır. Onun Çində olduğu ehtimal edilir.

 

ABŞ Suriyadakı Bəşar Əsəd hakimiyyətini tanımadığını bildirsə də, Dəməşqin Vaşinqtondakı səfirliyini də bağlamağa tələsmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 771
avatar

Oxşar yazılar