ABŞ-ın Suriyaya dair prioritetləri açıqlandı
09 aprel 2017 07:46 (UTC +04:00)

ABŞ-ın Suriyaya dair prioritetləri açıqlandı

“İŞİD terror qruplaşması ilə mübarizə ABŞ-ın əsas prioritetidir”. APA-nın “RİA Novosti”yə istinadə verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

 

“Hesab edirik ki, bizim birinci dərəcəli prioritet  İŞİD üzərində qələbədir”, - deyə Tillerson CBS telekanalının müxbirinin ABŞ-ın Suriyaya qoşun yeritmək planının olub-olmamasına dair sualına cavab verərkən bildirib.

 

“Düşünürəm ki, İŞİD təhlükəsi azaldıqdan və ya ləğv edildikdən sonra diqqətimizi artıq Suriyada  vəziyyətin sabitləşməsinə yönəldə bilərik”, - deyə o qeyd edib.

 

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ötən həftə Ankarada rəsmi səfərdə olarkən bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin taleyini yalnız Suriya xalqı həll etməlidir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq ABŞ üçün prioritet olmadığını qeyd etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar