ABŞ-ın müdafiə naziri Ceyms Mettisin bu gün Ukraynaya səfəri başlayır. APA-nın “RİA Novosti”yə istinadə verdiyi xəbərə görə, amerikalı nazir səfəri ilə Vaşinqtonun Kiyevlə strateji tərəfdaşlığa sadiqliyini nümayiş etdirməkdir.
Səfərin əsas proqramının avqustun 24-də - Ukraynanın Müstəqillik Günündə başlanacağı nəzərdə tutulub. Səfər çərçivəsində Pyotr Poroşenko və müdafiə naziri Stepan Öpyotakla danışıqlar planlaşdırılıb.
Ceyms Mettis həmçinin bayramla əlaqədar paradda da iştirak edəcək.