ABŞ-ın Kubadakı diplomatlarına “akustik hücum” edilib
25 avqust 2017 01:01 (UTC +04:00)

ABŞ-ın Kubadakı diplomatlarına “akustik hücum” edilib

0

Kubada baş vermiş insidentlər nəticəsində ABŞ səfirliyinin 16 əməkdaşı xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.  

 

Dövlət Departamenti hesab edir ki, ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşı xüsusi cihazların vasitəsi ilə “akustik hücuma” məruz qalıb.  

 

“CBS News” telekanalı məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslanaraq, ABŞ və Kanadanın bir neçə diplomatına “yüngül kəllə-beyin travması” diaqnozu qoyulduğunu qeyd edib.  

 

İnsidentlərin təfərrüatları açıqlanmır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar