<span style="color:red;">Daha bir homoseksual evlilik:  Baş konsul türkiyəli oğlanla ailə qurur
12 dekabr 2014 11:09 (UTC +04:00)

Daha bir homoseksual evlilik: Baş konsul türkiyəli oğlanla ailə qurur

0

ABŞ-ın İstanbuldakı baş konsulu Çarles Hunter türkiyəli həmcinsi Ramadan Çaysever ilə evlənəcək. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, onların nikahı bu ayın sonunda baş tutacaq.

 

Bildirilir ki, Çarles Hunterlə Ramadan Çaysever ötən il Krım kilsəsində tanış olub. Həmin vaxt Çaysever kilsə xorunda çıxış edirmiş. Bir neçə ay əvvəl Hunter Çaysevərə evlənmə təklif edib. Baş konsul evlənəcəyi xəbərini dostlarına da açıqlayıb.

 

Baş konsulun doğub böyüdüyü Appleton-Viskonsinin qanunların həmcinslərin evliliyinə icazə verir. Onlar dekabrın 20-də rəsmi nikahla bağlı müraciət etmək üçün ABŞ-a gedəcəklər. Yanvar ayının əvvəlində Türkiyə dönəcək cütlüyün toyu İstanbulda olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar