ABŞ-ın İrəvandakı səfiri Riçard Millz “Xosrov meşəsi” qoruğunda avqustun 12-dən tüğyan edən yanğının söndürülməsində Rusiyanın göstərdiyi yardıma görə rusiyalı həmkarına minnətdarlığını bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Təbiətin Mühafizəsi Nazirliyinin məlumatında bildirilir.
Səfir əlavə edib ki, gələn həftə ABŞ-dan Ermənistana Amerikanın Meşə Xidmətinin bir qrup mütəxəssisinin gələcəyini bildirib. Riçard Millzin sözlərinə görə, meşələrin yanmış hissələrinin bərpası ilə məşğul olan amerikalı mütəxəssislər Ermənistanın müvafiq qurumlarına yardım edəcəklər.