ABŞ-da yanğınlar 10 can aldı
02 dekabr 2016 05:47 (UTC +04:00)

ABŞ-da yanğınlar 10 can aldı

0

ABŞ-ın Tennessi ştatında tüğyan edən yanğınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 7 nəfərin öldüyü bildirilmişdi.  Son üç nəfərin yanmış cəsədi Sevi dairəsində aşkarlanıb. Ölənlərin kimliyini müəyyən etmək mümkün olmayıb.  

 

Xilasetmə əməliyyatı başa çatmaq üzrədir, ərazilərin böyük hissəsi yoxlanılıb. Təxliyə olunmuş sakinlər noyabrın 2-dən etibarən evlərinə dönə biləcək.

 

Yanğınlar nəticəsində 74 nəfər xəsarət alıb, dairədə 700-dən çox binaya ziyan dəyib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar