ABŞ-da silahlı şəxs 2 polisi güllələdi, sonra isə intihar etdi
21 dekabr 2014 02:31 (UTC +04:00)

ABŞ-da silahlı şəxs 2 polisi güllələdi, sonra isə intihar etdi

0

Nyu Yorkda naməlum silahlı şəxs iki polis əməkdaşını qətlə yetirib, sonra isə özünə atəş açaraq intihar edib. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, insident Bruklin rayonunda baş verib. Tapança ilə silahlanmış cinayətkar polis maşınına yaxınlaşaraq asayiş keşikçilərinə atəş açıb. Bundan sonra o, metro stansiyasına daxil olub və orada özünə atəş açaraq intihar edib.     

 

Ağır güllə yaraları almış polis əməkdaşları xəstəxanaya çatdırılıb, lakin həkimlər onları xilas edə bilməyib.

 

Cinayətin səbəbləri barədə hələlik məlumat verilmir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar