<b>ABŞ-da Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıldı</b>
01 oktyabr 2016 04:25 (UTC +04:00)

ABŞ-da Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıldı

Bakı-APA.  2001-ci ilin 11 sentyabrında terrorçuların hücumu nəticəsində Pentaqonda həyatını itirən hərbçinin həyat yoldaşı  Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb.

 

APA-nın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

 

Məlumata görə, ötən gün Stefani Ross Vaşinqton şəhər məhkəməsinə iddia ərizəsini təqdim edib. Sənəddə qeyd olunur ki, Səudiyyə Ərəbistanı hökuməti  “Əl-Qaidə” terror təşkilatı və onun rəhbəri Usamə ben Ladenə dəstək olub. Bu, 11 sentyabr faciəsi ilə bağlı ABŞ vətəndaşı tərəfindən Səudiyyə Ərəbistanına qarşı qaldırılan ilk iddiadır.

 

Qeyd edək ki, sentyabrın 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamanın Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı iddia qaldırılmasına icazə verən qanuna tətbiq etdiyi vetonu ləğv edib.

 

Xatırladaq ki, bu ilin mayında ABŞ Senatı 2001-ci il 11 sentyabr tarixində törədilən terror aktları ilə əlaqədar Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiaları qaldırmaq hüququ verən qanun layihəsini qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar