ABŞ-ın Texas ştatında “Harvi” qasırğasının qurbanlarının sayı 10 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə “The New York Times” qəzeti yazıb.
Məlumata əsasən, Hyuston şəhərinə 760 mm yağıntı düşüb. 8 min şəhər sakini müvəqqəti sığınacaqlarda məskunlaşıb.
***
ABŞ-ın Texas ştatında “Harvi” qasırğasının qurbanlarının sayı 8 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
Bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.
Ölənlərin sayının artması istisna olunmur. Belə ki, mikroavtobusda fəlakət zonasını tərk etməyə cəhd edən 6 nəfərin taleyi naməlum olaraq qalır. Ehtimala görə, avtomobili sel aparıb.