ABŞ-ın Kaliforniya ştatında təlim uçuşu zamanı hərbi helikopter qəzaya uğrayıb.
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində helikopterin göyərtəsində olan 4 dəniz piyadaçısı ölüb.
Məlumata əsasən, “CH-53E Super Stallion” helicopteri ABŞ-Meksika sərhədi yaxınlığında qəzaya düşüb. Qəzanın səbəbləri araşdırılır.