ABŞ-da erkən qar çovğunu olub
Birləşmiş Ştatlarda yay fəslinin bitməsindən cəmi bir həftə sonra ölkənin şimal-qərb bölgələrində erkən qar çovğunu olub.
APA “americanınsesi”nə istinadla xəbər verir ki, Montana ştatının bəzi bölgələrinə qarın hündürlüyü 90 sm-dən çox olub. Qar həmçinin Kaliforniya, Oreqon, Vaşinqton, Aydaho, Nevada və Yuta ştatlarını də örtüb.
Montana qubernatoru Stiv Bollak bazar günü ştatda fövqəladə vəziyyət elan edib və qarın ən çox təsirinə məruz qalan ərazilərdə yardım üçün resurslardan istifadəyə göstəriş verib.
Milli Hava Xidməti güclü sulu qar və şiddətli küləklərin ağacları yıxacağı, elektrikin kəsiləcəyi və yollarda hərəkətə maneələr törədəcəyi barədə xəbərdarlıq yayıb. Ştatda evsizlər üçün sığınacaqlar açılıb.
855