ABŞ-ın Virciniya ştatında baş verən atışma nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, yaralananların sayı isə 6 nəfərdir.
Onlardan 4-nün vəziyyəti ağır olduğundan təcili olaraq cərrahi əməliyyat olunublar.
Qeyd edək ki, şəhər polisinin məlumatına görə, hadisəni törədən şəxs yerli bələdiyyənin təcrübəli, yüksəkçinli məmuru olub.
03:24
ABŞ-ın şərqində yerləşən Virciniya ştatının Virciniya Biç şəhərində baş verən atışma nəticəsində 11 nəfər həlk olub, çox sayda insan yaralanıb.
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi rəsmi Tvitter səhifəsində məlumat verib.
İlkin məlumata görə, bələdiyyə binasına daxil olaraq qarşısına çıxan insanlara atəş açan silahlı şəxs polisin müdaxiləsi nəticəsində zərərsizləşdirilib. Onun öldüyü bildirilir.
Polis şəhər sakinlərinə mərkəzdən uzaqlaşmağı tövsiyə edib.