ABŞ-da Atatürkün büstünün qoyulmasına imkan vermədilər
05 mart 2015 14:50 (UTC +04:00)

ABŞ-da Atatürkün büstünün qoyulmasına imkan vermədilər

ABŞ-da Mustafa Kamal Atatürkün büstünün qoyulması ilə bağlı müraciətə cavab verilib. Lent.az-ın milliyet.com.tr-ə istinadən məlumatına görə, Kaliforniya ştatının Karson Siti bələdiyyəsinin məclisinin qərarı ilə müraciət rədd cavabı alıb.

Bu qərara ABŞ-da olan erməni və yunan lobbisinin təsir göstərdiyi bildirilir.


Atatürkün büstünün qoyulması ilə bağlı müraciətindən xəbərdar olan Erməni İnqilabçı Federasiyasının Qərbi Amerika Mərkəz Komitəsi, Erməni Beynəlxalq Komitəsi, Erməni Gənclik Federasiyası və Amerika Yunan Təşkilatının 400-dən çox üzvü Karson Siti bələdiyyəsinin qabağına toplaşıb.

Onlar bələdiyyə binasının qarşında aksiya keçirib. Aksiyada Qlendale bələdiyyəsinin sədri Zareh Sinanyan, Montebello bələdiyəsinin sədri Jak Hacıyan, professor Levon Maraşlıyan və Amerika Yunan Təşkilatının sədr müavini Aris Anaqros çıxış edərək büstün qoyulmasının əleyhinə danışıblar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Səlcuq Elçin

Oxşar yazılar