ABŞ-da 11 tələbəni bıçaqlamış şəxs İŞİD-çi imiş
30 noyabr 2016 00:49 (UTC +04:00)

ABŞ-da 11 tələbəni bıçaqlamış şəxs İŞİD-çi imiş

İŞİD terror qruplaşması ABŞ-ın Ohayo ştatında noyabrın 28-də universitetə edilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə,  terrorçu qruplaşma ilə əlaqəli “Amaq” saytı hücum edən Əbdül Razak Əli Artanın İŞİD “əsgəri” olduğunu qeyd edib.

 

Qeyd edək ki, noyabrın 28-də səhər saatlarında adıçəkilən 20 yaşlı  şəxs idarə etdiyi avtomobili universitetin ərazisində piyadaların üstünə sürüb, sonra isə, maşından düşərək bıçaqla  tələbələrə zərbələr endirməyə başlayıb. İnsident nəticəsində 11 nəfər xəsarət alıb.     

 

Hadisə yerinə gələn polis əməkdaşları silahlını məhv edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar