ABŞ-ın Texas ştatında “Harvi” qasırğasının vurduğu ziyan 160 milyard dollara çata bilər. Bu isə ölkənin UDM-nun təxminən 1%-ə bərabərdir.
APA-nın xəbərinə görə, bu barədə “USA Today” qəzeti yazıb.
Məlumata əsasən, qasırğanın fəsadları Texas ştatının iqtisadiyyatına, o cümlədən biznes, əmək bazarı və şirkətlərin gəlirlərinə ciddi təsir göstərəcək. Dəyən zərərin miqdarı 2005-ci ildə “Katrina” və 2007-ci ildə “Sendi” qasırğalarının vurduğu birgə ziyanı üstələyə bilər.
Qeyd edək ki, ABŞ-ın Texas ştatında "Harvi" qasırğası nəticəsində baş verən daşqınlar nəticəsində azı 30 nəfər ölüb, 30 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.