AB də Rusiyaya qarşı sanksiya siyahısını genişləndirəcək
17 iyul 2014 03:19 (UTC +04:00)

AB də Rusiyaya qarşı sanksiya siyahısını genişləndirəcək

0

ABŞ-ın ardınca Avropa Birliyi də Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, sanksiya Rusiyanın məmurları, dövlət təşkilatları, şirkətləri və banklarına şamil ediləcək.

 

Qadağanın tətbiqinə səbəb Rusiyanın Ukraynada sabitliyi pozmasıdır.

 

Məlumata əsasən, yeni sanksiya siyahısı iyulun sonunadək hazır olacaq.

 

Xatırladaq ki, ABŞ Rusiyanın bir sıra dövlət məmurlarına, habelə “Qazprombank” və “Rosneft”-ə də sanksiya tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 661

Oxşar yazılar