AB Brexit-in təxirə salınmasına qərar verdi
Avropa Birliyi (AB) Sammiti Böyük Britaniya parlamentinin Brüssellə razılığa gələcəyi təqdirdə, Brexit-in vaxtının may ayının 22-nə təyin edilməsi haqqında qərar verib.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avstriya kansleri Sebastyan Kurs açıqlamasında deyib.
Sammitin Brexit-ə dair yekun açıqlamasına görə isə, parlament Brüssellə razılaşmanı dəstəkləməsə, o zaman Britaniya AB-ni aprelin 12-də tərk etməli olacaq.
574