AB-nin ali komissarı iranlı nazirlə görüşəcək
07 sentyabr 2013 05:41 (UTC +04:00)

AB-nin ali komissarı iranlı nazirlə görüşəcək

Avropa Birliyinin ali komissarı Ketrin Eşton iki həftədən sonra İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə görüşmək niyyətindədir.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, BMT Baş Assambleyasının iclası zamanı bu görüşün keçirilməsi nəzərdə tutulub.

 

Ötən gün Rusiya xarici işlər nazirinin müavini Ryabkov bildirmişdi ki, İranın nüvə problemi üzrə «altılıq»la danışıqları aparacaq nümayəndə heyətini formalaşdırmamasından Moskva rahatsızdır.

 

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani sentyabrın 5-də sərəncam imzalayaraq Qərblə nüvə danışıqları aparılmasını Xarici İşlər Nazirliyinə tapşırıb.

Bundan sonra 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə nüvə danışıqlarını İran Xarici İşlər Nazirliyi aparacaq və bununla bağlı məsuliyyət daşıyacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar