Trampın 9 qəribə vərdişi
18 dekabr 2017 00:13 (UTC +04:00)

Trampın 9 qəribə vərdişi

"The Independent" nəşri ABŞ president Donald Trampın 9 qəribə vərdişini açıqlayıb. 

 

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə,  daxili qeyri-rəsmi qaydalara əsasən, Ağ Evdəki televizor pultlarına yalnız D.Tramp və texniki dəstək əməkdaşları toxuna bilər.  Bundan başqa, D.Trampın şəxsi gigiyena məsələlərinə ciddi diqqət yetirdiyi qeyd olunur. Onun yoluxucu xəstəliklərdən çox ehtiyyat etdiyi və bu səbəbdən tez-tez əllərini  yuduğu qeyd olunur. 

 

Nəşrin məlumatına görə, D.Tramp fastfud təamlarına üstünlük verir və gün ərzində 12 butulkayadək diyetik kola içir.   

  

 Daha bir qəribə vərdiş prezident iqamətgahı ilə bağlıdır. Məlumata görə, D.Tramp qonaqlarına Ağ Evin vanna otaqlarını nümayiş etdirməyi çox sevir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Oxşar yazılar