Ukrayna ilə Rusiya arasındakı ticarətdə yer alan çətinliklər ticarət müharibələri deyil.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu öz “Facebook” səhifəsində Ukrayna baş naziri Nikolay Azarov yazıb. O qeyd edib ki, Ukrayna mövcud mübahisəli məsələlərin həlli üçün əlindən gələni edəcək.
“Tam məsuliyyətlə deyə bilərəm ki, heç bir müharibə olmayacaq. Fikrimcə, bu, heç Rusiyanın marağında da deyil. Ona görə də biz mübahisəli məsələlərin həlli üçün səyələrimizi əsirgəməyəcəyik. İnsanlarımız isə baş vermiş bu hadisələrdən müvafiq nəticələr çıxarmalıdır”, - deyə Azarov vurğulayıb.