Yeni il günü İstanbulda gecə klubunda baş verən terror aktına görə 8 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, İstanbul polisi "Reina" klubundakı terrorla əlaqədər geniş əməliyyat keçirilib. Əməliyyat zamanı hadisə ilə bağlılığı olmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.
Bundan başqa terror aktını törədən terrorçunun fotoları yayılıb. Hazırda onun saxlanılması istiqamətdə əməliyyat aparılır.
Qeyd edək ki, Reina gecə klubunda yeni il şənliyi zamanı naməlum şəxsin avtomatdan açdığı atəş nəticəsində 16-sı əcnəbi olmaqla 39 nəfər öldürülüb, 69 nəfər yaralanıb.