Məşhur futbolçunun atası oğurlanıb
30 iyul 2014 12:21 (UTC +04:00)

Məşhur futbolçunun atası oğurlanıb

İtaliyanın “Yuventus” klubunun argentinalı futbolçusu Karlos Tevezin atası yaşadığı evdən girov götürülüb. Lent.az-ın Türkiyənin sporx.com  saytına istinadən məlumatına görə, cinayətkar qruplaşma üzvləri böyük məbləğdə pul qarşılığında futbolçunun atasını sərbəst buracağını deyib. Hadisəni eşidən argentinalı futbolçu öz ölkəsinə qayıdıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

 

Danışıq aparıldıqdan sonra cinayətkarlar Tevezin atasını sərbəst buraxıblar. Argentinalı futbolçu cinayətkarlara heç bir təzyiq etmədiyini deyib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010

Oxşar yazılar