"İŞİD" terror təşkilatı parçalanır. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İraqın Enbar əyalətində təşkilatın 2 fəalı arasında mübahisə yaranıb və "İŞİD"in digər üzvləri də məsələyə qarışıb. Mübahisə münaqişəyə çevrilib və tərəflər silaha əl atıb.
Bildirilir ki, dava edən terrorçular partlayış törətməyə hazırlaşırmış. Onlar arasında başlayan atışma nəticədə öz bədənlərinə bağladıqları partlayıcı qurğuların işə düşməsinə gətirib çıxarıb və 17 terorçu ölüb.