"Fənərbağça” prezidentinin səlahiyyətləri donduruldu
25 iyun 2013 19:44 (UTC +04:00)

"Fənərbağça” prezidentinin səlahiyyətləri donduruldu

Türkiyənin ən böyük idman klublarından biri olan “Fənərbağça”nın prezidenti Əziz Yıldırımın səlahiyyətləri məhkəmə qərarı ilə dondurulub. APA-nın xəbərinə görə, 5 saylı İstanbul mülki məhkəməsi “Fənərbağça” klubunun üzvü Rəcəb Özcanın qaldırdığı iddia əsasında Əziz Yıldırımın, klubun İdarə Heyətinin üzvü Şekip Mosturoğlunun və İH-nin sabiq üzvü, Ə. Yıldırımın qohumu İlhan Ekşioğlunun “Fənərbağça” klubuna üzvlüyünü və klub rəhbərliyində təmsil olunmaq hüquqlarını müvəqqəti olaraq əllərindən alıb. Bu, hələlik ilkin qərardır və məhkəmə prosesi hələ yekunlaşmayıb. Məhkəmə yekunlaşana qədər Ə. Yıldırım və adı çəkilənlər “Fənərbağça”da heç bir vəzifə tuta bilməz.  

 

Qeyd edək ki, “Fənərbağça”nın İntizam Komissiyasının üzvü olan Rəcəb Özcan klubun Nizamnaməsi əsasında məhkəməyə müraciət edib. Nizamnamənin 6-cı maddəsində deyilir ki, mənfi əməllərin sahibi olanlar (orijinalda: “kötü şöhret sahibi olanlar”) “Fənərbağça” klubuna üz ola bilməzlər. Ə. Yıldırım, Ş. Mosturoğlu və İ. Ekşioğlu haqqında isə danışılmış oyunların təşkilinə görə məhkumiyyət qərarları var.

 

Xatırladaq ki, UEFA İntizam Komitəsinin müfəttişi də adı çəkilən 3 şəxsin futbol idarəçiliyindən ömürlük məhrum edilməsini tələb edib. UEFA İntizam Komitəsi bu barədə qərarını qısa müddətdə açıqlayacaq.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38