İran iş adamlarının Ermənistana sərmayə qoymasına sərhəd yoxdur
23 iyul 2013 03:11 (UTC +04:00)

İran iş adamlarının Ermənistana sərmayə qoymasına sərhəd yoxdur

“Ermənistanın bütün iqtisadi sahələri İran investorlarının üzünə açıqdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Ermənistan İnkişaf Agentliyinin baş katibi Robert Harutunyan bildirib. Onun sözlərinə görə, Ermənistan İran iş adamlarının bu ölkənin hər hansı sahəsinə sərmayə qoyması məsələsində heç bir sərhəd tanımır: “Bütün iqtisadi sahələrimiz onlar üzünə açıqdır. Bizim xarici investorların Ermənistanda müəyyən iqtisadi sahələrə sərmayə qoymalarına dair heç bir məhdudiyyətimiz yoxdur. İranlılar bu günədək kənd təsərrüfatı, meyvə-tərəvəz və bəzi istehsal sahələrində aktiv olublar. Onlar Ermənistandan qoyun idxal etdilər, fermalar qurdular və ya plastik maddələr istehsal etdilər, otel inşaatında iştirak edirlər, son olaraq da mədən sənayesi sahəsində fəallaşıblar. Bizim xarici investorların Ermənistanda sərmayə qoymasını təmin etmək üçün yaxşı şərait yaratmaqdan başqa çarəmiz yoxdur”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851
avatar

Oxşar yazılar