<span style="color:red;">"The Hill” qəzeti : "Xocalıda hərbi cinayət törədənlər Ermənistanda yüksək vəzifələr tuturlar"
17 fevral 2015 12:20 (UTC +04:00)

"The Hill” qəzeti: "Xocalıda hərbi cinayət törədənlər Ermənistanda yüksək vəzifələr tuturlar"

“Xocalıda hərbi cinayət törədənlər indi Ermənistan hakimiyyətində yüksək vəzifələr tutur”.

 

APA-nın məlumatına görə, bu sözlər ABŞ-ın “The Hill” qəzetində Denis Jaffenin məqaləsində yer alıb.

 

D. Jaffe yazıb ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin səbəblərini və gedişatını təhrif etməyə çalışır: “Ermənistan bütün postsovet tarixində ən böyük insan hüquqları pozuntusu – Xocalıda bir gecədə 600 azərbaycanlı, kürd və Mesxeti türkünü vəhşicəsinə qətlə yetirməklə hərbi cinayət törədib. Bu cinayətdə iştirak edən şəxslər isə bu gün Ermənistanda prezident və müdafiə naziri vəzifələrini tutur”.

 

Müəllif qeyd edib ki, əsl təcavüzkarın Ermənistan olmasına baxmayaraq, bu ölkəyə müstəqillik illərində ABŞ tərəfindən 3 milyard dollar dəyərində yardım göstərilib. Təcavüzün qurbanı olan Azərbaycana isə yardımlar iki dəfə azdır.

 

Ermənistanın anti-semitizm səviyyəsinə görə İranı da geridə qoyduğunu bildirən Denis Jaffe bu ölkənin demokratiya və insan hüquqları sahəsində ciddi problemlər yaşadığını, amma erməni lobbisinin Azərbaycanı “qeyri-demokratik və təcavüzkar ölkə” kimi qələmə verməyə çalışdığını söyləyib: “Ermənistan tərəfi Azərbaycanı Ağdam rayonunda içərisində Ermənistan silahlı qüvvələrinin uniformasını geyən üç hərbçinin olduğu helikopteri vurmaqda ittiham edir. HalbukiAğdam rayonu heç işğalda olan Dağlıq Qarabağ ərazisi də deyil. Ermənistan Azərbaycan ərazilərinin içərilərində hərbi manevrlər edir. Ermənistanın atmalı olduğu addım odur ki, Azərbaycan ərazilərindən öz hərbi qüvvələrini geri çəksin, ondan sonra isə bölgəyə hər kəs üçün demokratiya və insan hüquqlarının qorunduğu münbit şəraitlə birlikdə sülh gələcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35